Almaniya hökuməti Ukraynaya kansler Olaf Şoltsun vəd etdiyi məbləğdən xeyli az hərbi yardım edir.
Qaziler.az xəbər verir ki, bu barədə “Bild” Xristian Demokrat İttifaqından Bundestaqın büdcə komitəsinin üzvünün məlumatlarına istinadən yazır. Söhbət həm köçürülən, həm də planlaşdırılan tədarüklərdən gedir.
“Kansler belə təəssürat yaradır ki, Almaniya artıq Ukraynaya 28 milyard avro hərbi dəstək verib. Əslində biz hələ bu məbləğin yarısını belə xərcləməmişik”, - məlumatlı mənbə qeyd edib.
Alman siyasətçinin sözlərinə görə, Almaniya Ukraynaya cəmi 10,2 milyard avro verib.
QAZİLER.AZ