Baş nazir ABŞ-ın təyyarədaşıyan gəmisində - İLK DƏFƏ

Baş nazir ABŞ-ın təyyarədaşıyan gəmisində - İLK DƏFƏ backend

Oktyabrın 18-də Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-ın “Ronald Reyqan” atom təyyarədaşıyan gəmisinin göyərtəsinə qalxıb.

Lent.az-n məlumatına görə, həmin gəmi oktyabrın əvvəlində Tokionun cənubunda yerləşən Yokosuka hərbi bazasına daimi xidmətə daxil olub. Bununla da Şinzo Abe ABŞ atom təyyarədaşıyan gəmisinin göyərtəsinə qalxan ilk yapon Baş nazir olub.

Yerli KİV-lərin məlumatına əsasən, təyyarədaşıyan gəmi ilə tanış olan Baş nazir ABŞ hərbi-dəniz qüvvələrinin komandanlığı ilə də görüşüb.

Yaponiya Baş nazirinin ABŞ hərbi-dəniz qüvvələrinə məxsus gəmini ziyarət etməsi iki ölkə arasında hərbi ittifaqın möhkəmlənməsinin bariz nümunəsi olub.

Ş.Abeni Baş nazirin müavini Taro Aso və müdafiə naziri Qen Nakatani müşayiət ediblər.
Diaspora