Fələstin BMT-yə üzv ola bilər

Fələstin BMT-yə üzv ola bilər backend

BMT Təhlükəsizlik Şurası aprel ayında Fələstinin beynəlxalq təşkilata üzv olmaq üçün müraciətinə baxacaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frezer bildirib.

Onun sözlərinə görə, müvafiq razılıq artıq əldə olunub. Ərizə BMT-nin Yeni Üzvlərinin Qəbulu üzrə Komitənin üzvləri tərəfindən nəzərdən keçiriləcək.

“Biz razılaşdıq ki, BMT-nin yeni üzvlərinin qəbulu üzrə komitə aprel ayında Fələstinin müraciətinə baxacaq. Həm də etiraf edirik ki, Təhlükəsizlik Şurasının istənilən üzvü üzvlüklə bağlı öz qərarını təklif edə bilər”, - o qeyd edib.

Qeyd edək ki, Fələstinin hazırda BMT-də daimi müşahidəçi statusu var. 2011-ci ildə ölkə hakimiyyəti artıq dünya təşkilatına üzv olmaq üçün ərizə verib, lakin sonradan onu geri götürüb. 2024-cü ilin aprelində isə ərizə yenidən göndərilib. 

QAZİLER.AZ

Diaspora