“NATO “vaxt gələndə” Ukraynanı öz sıralarına qəbul edəcək. Bu halda bütün müttəfiqlər razılaşmalıdır”.
Qaziler.az TASS-a istinadla bildirir ki, bu barədə ABŞ-ın Alyansdakı daimi nümayəndəsi Culian Smit bildirib.
“Şərtlər yerinə yetirildikdə və müttəfiqlər razılaşdıqda, NATO Ukraynanın tam üzvlüyünə icazə verəcək. Bu təklif bu yay sammiti üçün də davam edəcək”, - Smit bildirib.
Bundan əvvəl Harvard Universitetinin professoru Stiven Uolt “Foreign Policy” jurnalında dərc olunan məqaləsində NATO-ya üzvlüyün Ukraynanın müdafiəsinə zəmanət vermədiyini bildirib. Onun sözlərinə görə, əslində Alyansın nizamnaməsinin beşinci maddəsində NATO üzvlərindən birinə hücum olarsa, onların münaqişəyə girməyə borclu olduğu deyilmir.
QAZİLER.AZ