Kuçma Rusiyanı Ukraynanın düşməni adlandırdı

Kuçma Rusiyanı Ukraynanın düşməni adlandırdı backend

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma (1994-2005) “Kyodo” ilə söhbətində Rusiya və Ukraynanın yaxın xalqlar olduğunu, lakin indi düşmənə çevrildiyini bildirib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, müsahibə Kuçmanın saytında dərc olunub.

O, buna görə məsuliyyəti Moskvanın üzərinə qoyub. Eyni zamanda, onun fikrincə, Kiyev bərabərlik və dostluq münasibətləri istəyib.

O, həmçinin Qabil və Habil haqqında bibliyadakı Əhdi-Ətiq hekayəsini xatırladıb və Rusiyanı qardaşını öldürən Qabillə müqayisə edib.

Qabil Habili öldürdü. Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir. Qardaş düşmən olanda bu, xəyanətdən də pisdir”, - deyə Kuçma müsahibinə bildirib.

QAZİLER.AZ

Diaspora