"Vaqnerçi"lər Belarusdan Afrikaya qaçırlar - SƏBƏB

"Vaqnerçi"lər Belarusdan Afrikaya qaçırlar - SƏBƏB backend

Maaşların aşağı olması səbəbindən "Vaqner" ÖHŞ-in muzdluları Belarusdan Afrikaya qaçırlar.

Qaziler.az bildirir ki, bu barədə Milli Müqavimət Mərkəzi (MMM) Telegram kanalına istinadən məlumat yayıb.

MMM xatırladır ki, “vaqnerçilər” Belarusda təlimatçı işləyirlər. O da məlumdur ki, səfərbər olan rusiyalıların və müqaviləli hərbçilərin hərbi təlimləri poliqonlarda keçirilir.

Eyni zamanda təlimatçının işi də, maaşı da muzdlulara sərf etmir. Afrika qitəsindəki müharibədə iştirak üçün onlara daha çox maaş verilir və buna görə də “vaqnerçi"lər” Afrikaya qaçırlar.

“Milli Müqavimət Mərkəzinin məlumatına görə, son dövr ərzində Belarusda “vaqnerçilər”in sayı 500 nəfərdən 400 nəfərə qədər azalıb. Belə görünür ki, bu templə Ukraynada müharibə üçün əsir yetişdirən olmayacaq və onlar hərbi komissarlıqdan düz cəbhə bölgəsinə göndəriləcək”, - deyə MMM əlavə edir.

QAZİLER.AZ

Diaspora