Qazaxıstanda “Kazhidrogeologiya” Milli Hidrogeoloji Xidməti yaradılacaq

Qazaxıstanda “Kazhidrogeologiya” Milli Hidrogeoloji Xidməti yaradılacaq backend

Qazaxıstanda yeraltı su ehtiyatlarının idarə edilməsinin rəqəmsallaşdırılmasına cavabdeh olacaq “Kazhidrogeologiya” Milli Hidrogeoloji Xidməti” qeyri-kommersiya səhmdar cəmiyyəti yaradılır.

Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, hökumətin müvafiq qərarı açıq hüquqi aktlar saytında dərc olunub.

“Nizamnamə kapitalında 100 faiz dövlətin iştirakı ilə “Kazhidrogeologiya” Milli Hidrogeologiya Xidməti (bundan sonra NAO) qeyri-kommersiya tipli səhmdar cəmiyyəti yaradılsın”, - sənəddə deyilir.

MHX-nun əsas fəaliyyət istiqamətləri yeraltı su ehtiyatlarının idarə edilməsinin rəqəmsallaşdırılması,  rəqəmsal və kartoqrafik məlumat bazaları və onların idarəetmə sistemləri sahəsində məlumat bazalarının və daimi coğrafi informasiya sistemlərinin yaradılmasıdır.

Layihə aprelin 19-dək ictimai müzakirəyə çıxarılacaq.

QAZİLER.AZ

Diaspora