Litva Latviya ilə birgə hərbi poliqon tikməyi planlaşdırır

Litva Latviya ilə birgə hərbi poliqon tikməyi planlaşdırır backend

Litvanın Müdafiə Nazirliyi Latviya ilə birgə hərbi poliqon tikmək istəyir.

Qaziler.az LRT-yə istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Laurinas Kaşyunas deyib.

"Mən latviyalı həmkarımla birgə təlim poliqonunun tikilməsinin mümkünlüyü barədə danışmağı düşünürəm. Yaxın vaxtlarda Latviyaya səfər etməyi planlaşdırıram, orada bu istiqamətdə birgə qərarları müzakirə etmək imkanı olacaq. Əlbəttə, başa düşürəm ki, yer tapmaq lazımdır. Çünki seçki ilində təlim-məşq meydançası asan məsələ deyil, bu işlərlə daha əvvəl məşğul olmaq lazım idi”.

O qeyd etdi ki, müttəfiqlərin sayının artması, almanların gəlişi ilə əlaqədar olaraq yeni təlim poliqonuna ehtiyac çox böyükdür və “biz qüvvələrimizi hazırlamaq imkanları haqqında düşünməliyik”.

"Yeni poliqon manevr üçün lazımdır ki, bu da onu xeyli asanlaşdırır. Başqa sözlə, o, atış poliqonu deyil, manevr poliqonu olacaq. Bu, qərarları asanlaşdırır", - o vurğulayıb.

QAZİLER.AZ

 

 

Diaspora