Qərb Rusiya ilə müharibədə Ukraynaya dəstəyi davam etdirməlidir.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Ukraynadakı müharibə o zaman başa çatacaq ki, Rusiya Prezidenti Vladimir Putin qoşunlarını çıxarmaq qərarına gələcək. Lakin o, bu qərarı müharibədə qalib gələ bilməyəcəyini anladıqda verəcək. Ona görə də biz avropalılar öz təhlükəsizliyimizə və müdafiəmizə daha çox sərmayə qoyuruq ki, heç kim bizə hücum etməyə cürət etməsin. Bu, həm də dar şəxsi maraqları bir kənara qoymaq və güclü və əsl Avropa müdafiə sənayesi qurmaq deməkdir”, - Şolts bildirib.
Onun sözlərinə görə, Almaniya Kiyevi dəstəkləmək səylərini dayandırmayacaq.