İsrail Müdafiə Nazirliyi İranla bağlı inkişaf edə biləcək istənilən mümkün ssenariyə cavab vermək üçün hazırlıqları tamamlayıb.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant əməliyyat vəziyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən görüşdən sonra deyib.
İsrail Müdafiə Nazirliyindən bildirilib ki, iclasda ÇAXAL-ın Operativ və Kəşfiyyat İdarələrinin rəhbərləri iştirak edib.