Rusiyanın Ukraynaya qarşı müharibədə Şimali Koreya raketlərindən istifadə etməsi Pxenyana silahlarını döyüşdə sınaqdan keçirmək şansı verir.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu ABŞ-ın Sakit okeandakı qoşunlarının komandanı, general Çarlz Flinn deyib.
“Bu, Şimali Koreyaya texniki məsələlər və sursatlar haqqında dəyərli məlumat əldə etmək imkanı verir. ABŞ bunun necə inkişaf edəcəyini yaxından izləyəcək. Vaşinqton Şimali Koreyanın onun silahlarından xəbər tuta biləcəyindən narahatdır”, - Flinn bildirib.