Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri, Ukraynadakı münaqişənin tezliklə həllinin tərəfdarı olan Peter Pelleqrini Slovakiya prezidenti seçilib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Dövlət Seçki Komissiyası bütün bülletenlərin sayıldığını və Pelleqrininin 53,12 faiz səs topladığını elan edib.
Onun rəqibi, Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri İvan Korçok isə 46,87 faiz səs alıb.
Seçici aktivliyi 61,14 faiz iştirak edib.
Qeyd edək ki, seçkilərdən dərhal sonra açıqlanan ekzit-poll nəticələrinə görə Korçokın 51,1%, Peter Pelleqrininin isə 48,9% səs topladığı bildirilmişdi.