Tayvanda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə yüksəlib

Tayvanda baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 13-ə yüksəlib backend

Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 13-ə yüksəlib.

Qazier.az bildirir ki, zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb. Şəxsiyyət vəsiqəsindən mərhumun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.

Beləliklə, ölənlərin sayı 13-ə yüksəlsə də, itkin düşdüyü bildirilən 6 nəfərin axtarışları davam edir.

442 nəfər zəlzələ nəticəsində yaranan sürüşmə və təkanların yolları və keçidləri bağlaması səbəbindən qapalı vəziyyətdə qalıb.

Qapalı qalanların əksəriyyəti bölgədə magistral yolun ikitərəfli bağlanması səbəbindən nəqliyyatın kəsildiyi Taroko Milli Parkı ətrafındakı otel və sığınacaqlarda gözləyir.

QAZİLER.AZ

Diaspora