Kanada mart ayında Ukraynaya əvvəlcədən vəd edilmiş 2,2 milyard dollarlıq paketdən təxminən 1,5 milyard dollar maliyyə yardımı köçürüb.
Qaziler.az bildirir ki, bu barədə Kanadanın maliyyə naziri Kristia Friland aprelin 6-da CBC telekanalında bildirib.
Friland vurğulayıb ki, martda Kiyevə köçürülən vəsait (1,5 milyard dollar) baş nazir Castin Trüdonun fevralın 24-də Kiyevə ayıracağına söz verdiyi əlavə maliyyə və hərbi yardım paketinin yalnız bir hissəsidir.
Gələcəkdə Kanada xərclərin artırılması ilə bağlı suala nazir cavab verməkdən imtina edib.
QAZİLER.AZ