Ekvadorun keçmiş vitse-prezidenti həbsxanaya göndəriləcək

Ekvadorun keçmiş vitse-prezidenti həbsxanaya göndəriləcək backend

Xorxe Qlas ciddi rejimli həbsxanaya aparılacaq.

Meksikanın Kitodakı səfirliyində gizlənən Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas ölkənin cənub-qərbindəki Quayakil şəhərindəki həbsxanaya aparılacaq.

Qaziler.az bildirir ki, bu barədə aprelin 6-da "Primicias" portalı məlumat yayıb.

“Xorxe Qlas La Roka ciddi rejimli həbsxanasına aparılacaq”, - nəşr yazır.

Hazırda Meksika ilə Ekvador arasında diplomatik əlaqələr dayandırılıb.

Aprelin 6-na keçən gecə Ekvador polisi Meksikanın Kitodakı səfirliyinə zorla daxil olaraq, əvvəllər korrupsiyaya görə məhkum olunmuş Qlası aparıb. Ekvador prezident administrasiyası Qlasın saxlanmasını təsdiqləyib. Onlar diplomatik missiyaya hücumu “suverenliyin müdafiəsi” adlandırıblar.

İzvestiya.ru

QAZİLER.AZ

Diaspora