Qazaxıstanda daşqın: 10 əyalətdə “yerli miqyasda” fövqəladə vəziyyət elan edildi

Qazaxıstanda daşqın: 10 əyalətdə “yerli miqyasda” fövqəladə vəziyyət elan edildi backend

Qazaxıstanda əriyən qarın yaratdığı daşqın səbəbindən 46 min 755 nəfər başqa yerlərə köçürülüb, 10 əyalətdə “yerli miqyasda” fövqəladə vəziyyət elan edilib.

Qaziler.az bildirir ki, Qazaxıstan güclü yağışlı qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır.

Ölkədə bəndlər dolub, çaylar daşıb. Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 evi su basıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bu günə qədər 46 min 755 nəfər, o cümlədən 14 min 589 uşaq su basmış ərazilərdən təxliyə edilib. Bu adamlardan 2602 nəfəri helikopterlər vasitəsilə xilas edilib. Bundan əlavə, 60 min xırda və iribuynuzlu heyvan təxliyə edilib.

Ölkənin qərbindəki Atrau vilayətində dünən gecə saatlarında Cem çayının daşması nəticəsində Kulsari şəhəri tamamilə su altında qalıb. Təxminən 14 min insan şəhərdən təxliyə edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daşqınla əlaqədar ictimaiyyətə müraciət edib.

Uzun illərdir görünməmiş təbii fəlakətlə üzləşdiklərini bildirən Tokayev, "Bu sel miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakətidir" dedi.

Tokayev bildirib ki, ölkənin 10 vilayətində (Abay, Akmola, Aktobe, Atrau, Qərbi Qazaxıstan, Qaraqandı, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulutau) yerli miqyasda fövqəladə vəziyyət elan edilib.  "Vəziyyət ağırdır. Amma ümidsizliyə qapılmaq lazım deyil, bu vəziyyəti düzəldəcəyik", - dedi. 

QAZİLER.AZ
 

Diaspora