Qərb Ukrayna ordusu bir yana, heç öz ordusunu silahlandırmaq istəmir - "The Daily Telegraph"

Qərb Ukrayna ordusu bir yana, heç öz ordusunu silahlandırmaq istəmir -  "The Daily Telegraph" backend

Qərbin kifayət qədər istehsal həcmi olmadığı üçün Ukraynanın silaha olan tələbatını ödəyə bilmir, avropalılar isə hələ də silaha olan xərcləri artırmağa hazır deyillər.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” nəşri yazır.

"Bir çoxları təəccüblənəcək ki, bu necə ola bilər. Artilleriya mərmiləri baha deyil. İşğalçıların qarşısını almaq üçün Ukraynaya gündə cəmi 10 min mərmi lazımdır. Mərmi məsələsində problem olan pul deyil, problem istehsal gücünün olmamasıdır", -  nəşrin müəllimləri izah edir.

Məqalədə qeyd edilir ki, hətta ABŞ-ın güclü hərbi-sənaye kompleksi belə ayda cəmi 28 min 155 mm-lik mərmi istehsal etmək iqtidarındadır . Ukraynaya lazım olanın 10%-dən azdır və bu, gecə-gündüz işləyən fabriklərlə bağlıdır.

QAZİLER.AZ

Diaspora