Qar uçqunu təhlükəsi ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi (Verxniy Lars keçid məntəqəsi) istiqamətində avtomobillərin hərəkəti bütün nəqliyyat növləri üçün bağlanıb.
Qaziler.az bildirir ki, bunu “Sputnik” Gürcüstan Avtomobil Yolları Departamentinə istinadən xəbər verib.
Qeyd olunur ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində yol bir neçə saat ərzində minik avtomobilləri üçün açılsa da, uçqun təhlükəsi artdığı üçün yenidən bağlanıb.
QAZİLER.AZ