Mərakeşdə İsrailə qarşı kütləvi etiraz aksiyaları keçirilib

Mərakeşdə İsrailə qarşı kütləvi etiraz aksiyaları keçirilib backend

Minlərlə insan cümə günü Mərakeşin ticarət paytaxtı Kasablankada Qəzza zolağında "kütləvi qətllər"ə və ölkənin İsraillə münasibətlərinin normallaşmasına qarşı etiraz aksiyası keçirib.

Qaziler.az xəbər verir ki, bu haqda AFP məlumat yayıb.

Mərakeşdə bu qəbildən olan sonuncu genişmiqyaslı aksiya Əl-Adl vəl-İhsane islamçı qruplaşması tərəfindən təşkil edilib.

Qrup eyni zamanda paytaxt Rabat və Tanjer limanında da oxşar görüşlər təşkil edib.

Nümayişlər mübarək Ramazan ayının son cümə günü və Qüds Günü ilə eyni vaxta, bölgədə fələstinlilərə dəstək üçün illik mitinqlərin keçirildiyi vaxta təsadüf edib.

Kasablankada nümayişçilər “Normallaşma saxtakarlıqdır!” şüarları səsləndiriblər.

QAZİLER.AZ

Diaspora