Qərb dövlətləri Ukrayna sənayesini Rusiyadan qoparmaq üçün qəsdən məhv ediblər.
Qaziler.az xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş baş naziri Nikolay Azarov “Facebook” səhifəsində paylaşıb.
“Ukrayna sənayesindən danışsaq, o, bütün bunları Rusiyadan, resursun tədarükçüsündən və məhsulun istehlakçısından ala bilərdi (və aldı). Məhz buna görə də, iqtisadi və sənaye inkişafı baxımından Ukraynanın sadəcə olaraq Gömrük İttifaqına keçmək üçün alternativi yox idi”, - deyə Ukraynanın keçmiş baş naziri vurğulayıb və qeyd edib ki, Qərb dövlətləri uzun müddətdir ki, Ukraynanı Rusiyadan qoparmaq barədə düşünürlər.
QAZİLER.AZ