Çin ABŞ-nin sanksiyalarından narahat olduğunu bildirdi

Çin ABŞ-nin sanksiyalarından narahat olduğunu bildirdi backend

Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng Amerikanın maliyyə naziri Canet Yellen ilə görüş keçirib və o, ABŞ-ın ticarət-iqtisadi sahədə məhdudiyyətlərin artması ilə bağlı narahatlığını bildirib.

Qaziler.az bildirir ki, bu barədə TASS Çin Mərkəzi Televiziyasına istinadən yazır.

Jurnalistlərin sözlərinə görə, ikitərəfli məsləhətləşmələr zamanı Pekin nümayəndəsi Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan ciddi narahatlığını ifadə edib. Eyni zamanda, Çin tərəfi ABŞ-a istehsal gücündən istifadə ilə bağlı problemlərə ətraflı cavab verib.

Materialda He Lifeng və Janet Yellen arasında “praqmatik və konstruktiv” fikir mübadiləsinin aparıldığı vurğulanır. Söhbət Amerika prezidenti Co Bayden və Çin lideri Si Cinpinin 2023-cü ilin noyabrında San-Fransiskoda görüş zamanı əldə etdikləri razılaşmalara uyğun olaraq baş tutub.

QAZİLER.AZ

Diaspora