ABŞ İranın "əhəmiyyətli" hücuma hazırlaşır; İsrailin Dəməşqdəki İran konsulluğuna zərbəsinə cavab olaraq Yaxın Şərqdəki İsrail və ya Amerika qurğuları "gələn həftə" İran qüvvələrinin hücumuna məruz qala bilər.
Qaziler.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“Birləşmiş Ştatlar yüksək hazırlıq vəziyyətindədir və gələn həftə İranın bölgədəki İsrail və ya Amerika hədəflərini vuracağı zaman baş verə biləcək “əhəmiyyətli” hücuma fəal şəkildə hazırlaşır”, - telekanalın məlumatında deyilir.
Qeyd olunur ki, ABŞ-ın yüksək rütbəli rəsmiləri hazırda İranın hücumunun “qaçılmaz” olduğuna inanırlar. Bu baxımdan İsrail və ABŞ hökumətləri “erkən mövqe tutmaq” üçün “səylə çalışır”. Kanal ABŞ prezidenti Co Baydenin administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, İranın hücumunun “müxtəlif yollarla inkişaf edə biləcəyi” gözlənilir.
Qeyd edək ki, bundan əvvəl İran prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi İranın İsrailin Dəməşqdəki İran səfirliyinə hücumuna cavab hazırlayarkən ABŞ-ı “uzaq durmağa” çağırıb.
QAZİLER.AZ