Qazaxıstanın 10 vilayətində irimiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu respublika başçısı Kasım-Jomart Tokayev bildirib. Onun verdiyi məlumata görə, bu hadisəni ölkə tarixində 80 ildən artıqdır ki, ən böyük hadisə adlandırmaq olar.
“Bu, miqyas və təsir baxımından son 80-dən çox ildə ən böyük fəlakət ola bilər”, - Qazaxıstan lideri deyib.
Prezident əlavə edib ki, daşqınlarla mübarizəyə Fövqəladə Hallar, Daxili İşlərin, Silahlı Qüvvələrin və Milli Təhlükəsizlik Komitəsinin bütün qüvvələri cəlb olunub. O, vəziyyətin ağır olduğunu, lakin ümidsizliyə ehtiyac olmadığını vurğulayıb.
QAZİLER.AZ