Çeçenistan Respublikasının hökuməti musiqi əsərlərinin tempinə məhdudiyyətlər haqqında qanun layihəsini təsdiqləyib. Belə ki, musiqinin diapazonu bir dəqiqədə 80-dən 116 zərbəyə qədər olmalıdır. Əksər musiqi əsərləri və cərəyanlar bu meyarın altına düşmür.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
“Bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər tempə uyğun olmalıdır”, - mesajda deyilir.
Aydın olur ki, bu barədə qərar Çeçenistan Mədəniyyət Nazirliyinin rəhbəri Musa Dadayevin rəhbərliyi ilə yaradıcı qrupların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilib. Qərar Ramzan Kadırovun da mövqeyi ilə razılaşdırılıb. Eyni zamanda, idarə çeçen əsərlərinin milli mentalitetə uyğunluğu məsələsi ilə bağlı işlərin davam etdirildiyini açıqlayıb.
QAZİLER.AZ