Ukrayna Rusiya Federasiyası və Belarusa hava tranzitinə qadağa tətbiq etməyi təklif edib. Təşəbbüsün məqsədi Rusiya biznes və turistlərinin rahatlığı üçün Avropa İttifaqının səmalarından istifadə etmələrinin qarşısını almaqdır.
Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.
"Bizim fikrimiz odur ki, rus biznesi və rusiyalı turistlər AB səmasından rahat istifadə edə bilməsinlər. Aİ səması Rusiya donanması üçün bağlıdır, lakin biz tərəfdaşlarımızla Rusiyaya və Rusiyadan gələn istənilən uçuşlar üçün tranzitin bağlanmasını müzakirə etmişik", - Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
Eyni zamanda o qeyd edib ki, belə bir addım Moskva üçün logistikada problemlər yaradaraq onu bahalaşdıracaq, həm də ruslar üçün diskomfort yaradacaq.
QAZİLER.AZ