Hindistan sanksiyalardan yan keçərək, Hərbi Dəniz Qüvvələrinin bir hissəsi olacaq Rusiya istehsalı olan iki hərbi gəmi alacaq.
Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” Hindistanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Hindistan böyük ehtimalla bir gəmini sentyabrda, digərini isə 2025-ci ilin əvvəlində alacaq. Onların çatdırılması Ukraynadakı münaqişə səbəbindən iki il gecikib.
“Bu gəmilər Hindistanın 2018-ci ildə Rusiya ilə imzaladığı müqavilənin bir hissəsidir. Bu, dörd gəminin çatdırılmasını nəzərdə tutur. Daha ikisi Hindistanda Rusiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində tikilir, lakin digər ikisi Ukraynadakı münaqişə ilə bağlı təchizat zəncirindəki problemlərə görə də qrafikdən geri qalır”, - “Bloomberg” bildirib.
QAZİLER.AZ