Gürcüstanda Türkiyədən gələn və qeyri-qanuni miqrantların olduğu yük maşını saxlanılıb.
Qaziler.az "Gazeta.ru"ya istinadla xəbər verir ki, bu, miqrantların qeyri-qanuni yolla Gürcüstana daxil olmağa cəhd göstərdiyi ilk hal deyil.
2022-ci ilin aprelində Kutaisi Şəhər Məhkəməsi miqrantları Gürcüstanın dövlət sərhədindən qanunsuz keçirməkdə təqsirləndirilən şəxsi 6 il müddətinə azadlıqdan məhrum edib.
2021-ci ildə müttəhim 4 Türkiyə vətəndaşını Sarpi keçid məntəqəsi vasitəsilə Gürcüstana gətirib, daha sonra onlara İtaliyaya aviabilet və saxta sənədlər, Fransada isə yaşamaq icazəsi verib.
QAZİLER.AZ