Rusiya BMT-yə İsrailə qarşı sanksiyaların tətbiqini TƏKLİF ETDİ

Rusiya BMT-yə İsrailə qarşı sanksiyaların tətbiqini TƏKLİF ETDİ backend

BMT Təhlükəsizlik Şurası İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəlməlidir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Onun fikrincə, İsrail Qəzza zolağında münaqişədən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmir, həmçinin beynəlxalq humanitar hüquqa məhəl qoymur. O əlavə edib ki, Qəzzada aclığın qarşısını almaq üçün döyüşlər dayandırılmalıdır.

“Bu baxımdan, biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına və BMT Nizamnaməsinə belə açıq-aşkar hörmətsizlik etdiyi üçün Qərbi Qüdsə qarşı görüləcək tədbirləri razılaşdırmalıdır. Bu cür tədbirlər, məsələn, silah embarqosu və digər sanksiyaları əhatə edə bilər”, - Nebenzya bildirib.

QAZİLER.AZ

Diaspora