Rusiyalı yazıçı xarici agent kimi tanındı

Rusiyalı yazıçı xarici agent kimi tanındı backend

Rusiya Ədliyyə Nazirliyi yazıçı Mixail Velleri xarici agentlərin reyestrinə daxil edib.

Qaziler.az xəbər verir ki, bu barədə idarənin saytında bildirilir.

Ədliyyə Nazirliyinin məlumatına görə, Veller Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxıb, həmçinin nəticələri Rusiyanın ərazi bütövlüyünün pozulmasına səbəb ola biləcək hərəkətlərə çağırış edib. Bundan əlavə, o, Rusiya dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb.

Xarici agentlər siyahısına həmçinin Anderson kafelər şəbəkəsinin təsisçisi Anastasiya Tatulova, Rusiya Sosialist Hərəkatı, Neyrokoqnitiv Araşdırmalar İnstitutu və “Böyük Yeddilik” şirkəti də daxildir.

QAZİLER.AZ

Diaspora