Ukraynaya çağırış: NATO ilə əməkdaşlığı dayandır

Ukraynaya çağırış:  NATO ilə əməkdaşlığı dayandır backend

Amerikalı professor Con Mirşaymer Ukraynanı neytral statusa razı olmağa və NATO ilə hər cür əməkdaşlığı dayandırmağa çağırıb.

Qaziler.az xəbər verir ki, müsahibənin səsyazısı “Judging Freedom” yutub kanalında yayımlanıb.

Onun fikrincə, ukraynalıları neytrallığa və NATO ilə əlaqələri kəsməyə təşviq etmək lazımdır. Professor həmçinin hesab edir ki, Kiyevə iqtisadi və hərbi yardımı dayandırmaq lazımdır.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri döyüş meydanında məğlub olur və qüvvələr nisbəti Rusiya tərəfinin xeyrinə dəyişir.

QAZİLER.AZ

Diaspora