Bu ölkə Rusiya İmperiyasının bayrağını ekstremist kimi tanıdı

Bu ölkə Rusiya İmperiyasının bayrağını ekstremist kimi tanıdı backend

Moldovada məhkəmə Rusiya İmperiyasının qara-sarı-ağ bayrağını ekstremist simvol kimi tanıyıb.

Qaziler.az xəbər verir ki, bu barədə araşdırma jurnalistikası üzrə ixtisaslaşmış “anticorupie.md” saytı məlumat yayıb.

Məhkəməyə ölkənin Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və İnformasiya və Təhlükəsizlik Xidmətindən müvafiq sorğu daxil olub. Resurs qeyd edir ki, belə bayraqlar Donbassdakı silahlı qruplar tərəfindən istifadə edilib.

Hakim 3 qurumun vəsatətini təmin edib. Qurumlar üç üfüqi xətli ağ, sarı və qara olan bayrağın ekstremist kimi müəyyən edilməsini tələb ediblər.

QAZİLER.AZ

Diaspora