Nəhəng şar Tayvanın ən hündür binasını dağılmaqdan qorudu

Nəhəng şar Tayvanın ən hündür binasını dağılmaqdan qorudu backend

660 ton ağırlığında olan və xüsusi dizayn edilən nəhəng qızıl top Tayvanda baş verən güclü zəlzələ zamanı ən hündür göydələn "Taypey 101"i dağılmaqdan xilas edib.

CNN xəbər verir ki, 508 metrlik bina 92-ci mərtəbədən asılan və göydələni sabitləşdirən xüsusi konstruksiya sayəsində dik qalıb.

Kanal xəbər verir ki, orijinal memarlıq üslubu təbii fəlakətlər zamanı binanın yırğalanmasını 40% azaldır. Belə ki, bina bir istiqamətdə hərəkət etməyə başlayanda, qızıl top əks istiqamətdə yellənir və bununla da tarazlıq yaradır. Bu halda qüllə yırğalana bilər, lakin aşmaz.

Məlumatda qeyd edilib ki, Tayvan zəlzələyə meyilli bir bölgədir, buna görə də binalar uzanma və büzülmə qabiliyyətinə malik elastik materiallardan istifadə edilməklə tikilir. Bundan əlavə, göydələnin bütün uzunluğunu əhatə edən polad dayaqlar sistemi var. Onların sayəsində yük bərabər paylanır ki, bu da zəlzələ zamanı sabitliyi təmin edir.

QAZİLER.AZ

Diaspora