ABŞ-də zəlzələ olub

ABŞ-də zəlzələ olub backend

ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudada zəlzələ baş verib.

"Report"un ABŞ bürosu xəbər verir ki, zəlzələ yerli saatla səhər saat 10:20-də baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında "Whitehouse Station" yaxınlığında qeydə alınıb.

Bildirilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

Diaspora