İsrailin Romadakı səfirliyinin təhlükəsizlik riski səbəbindən bağlandığı bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İranın Dəməşqdəki konsulluq binasına İsrailin hücumundan sonra Romadakı Mişel Merkati küçəsində yerləşən İsrail səfirliyinin bağlandığı bildirilib.
Xəbərdə həmçinin qeyd olunub ki, İsrail Dəməşqdə yüksək rütbəli iranlı məmurların həlak olduğu hücumdan sonra İranın cavab addımı atacağından narahat olaraq dünyadakı 30 diplomatik missiyasını bağlamaq qərarına gəlib.
İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub. Hücumda 6 Suriya vətəndaşının həyatını itirdiyi də bildirilib.
QAZİLER.AZ