MİT Suriyanın Ayn Əl-Ərəb bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK-nın məsul şəxslərindən olan Vahide Atalayı zərərsizləşdirib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
MİT-in prioritet hədəfləri siyahısında olan "Sorhin Çele" kod adlı Vahide Atalay İraq və Suriyada təşkilat adına əməliyyat fəaliyyətləri həyata keçirirdi.
Bundan əlavə, təşkilatın Suriyadakı qadın strukturu YPJ daxilində mühüm mövqe tuturdu.
Vahide Atalay 2006-cı ildə təşkilata qoşulduqdan sonra Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox əməliyyatlarda iştirak edib.
QAZİLER.AZ