İsrail İranın təhdidlərinə cavab verib

İsrail İranın təhdidlərinə cavab verib backend

İsrail öz təhlükəsizliyinə vurulan istənilən zərərə cavab verəcək.

Qaziler.az  RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Siyasətçi İranın Suriyadakı konsulluğuna hücuma cavab verməklə bağlı təhdidləri şərh edib.

“İran illərdir bizim əleyhimizə işləyib. Buna görə də İsrail həm müdafiə, həm də hücumda İrana və onun emissarlarına qarşı çalışıb. Biz sadə prinsip əsasında hərəkət edəcəyik – bizə zərər vuran və ya bunu etməyi planlaşdıran hər kəsə zərər verəcəyik”, - baş nazir qeyd edib.

QAZİLER,AZ     

Diaspora