Somalidə həyatını itirən Türkiyə vətəndaşının kimliyi bəlli olub

Somalidə həyatını itirən Türkiyə vətəndaşının kimliyi bəlli olub backend

Somalinin paytaxtı Moqadişoda yardım işçilərinə edilən bombalı hücumda həyatını itirən iki yardım işçisindən birinin "Verenel" Dərnəyinin Somali təmsilçisi Türkiyə vətəndaşı Abdurrahim Yörük olduğu müəyyən edilib.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bildirilib ki, Somalidə humanitar yardım fəaliyyəti həyata keçirən "Verenel" Dərnəyinin əməkdaşlarını daşıyan avtomobil düşərgəyə daxil olarkən partlayış baş verib.

Moqadişoda baş verən partlayışda Türkiyə vətəndaşı Yörük və Somali vətəndaşı həyatını itirib, 4 nəfər yaralanıb.

Hücumla bağlı istintaq davam edərkən, hücumun "Əş-Şəbab" terror təşkilatı tərəfindən həyata keçirildiyi təxmin edilir.

QAZİLER.AZ

Diaspora