İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatları ilə tanınan iraqlı Salvan Momika sığınacaq istədiyi Norveçdə həbs edilib və deportasiya ediləcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İsveç İmmiqrasiya Apellyasiya Məhkəməsi tərəfindən martın 27-də onu İsveçdən deportasiya etmək qərarı təsdiqlənən təxribatçı Salvan Momikanın Norveçdən sığınacaq istəməsi rədd edilib.
Norveç İmmiqrasiya İdarəsindən verilən açıqlamada, Momikanın 28 Martda sığınacaq tələbinin qəbul edilmədiyi, bu səbəbdən deportasiya məqsədi ilə saxlanıldığı bildirilib.
Açıqlamada Momikanın Dublin Sığınacaq Müqaviləsinə uyğun olaraq ilk dəfə sığınacaq istədiyi İsveçə qaytarılmasına qərar verildiyi bildirilib.
QAZİLER,AZ