“Moskva yaxınlığındakı “Crocus City Holl”da terror aktını sifariş edənlərin məqsədi Rusiyanın birliyinə xələl gətirmək olub".
Qaziler.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının XII Qurultayında bildirib. Onun sözlərinə görə, bu qənaətə istintaq məlumatlarına əsasən gəlmək olar.
“Başqa məqsədlər görünmür”, - Putin çıxışında aydınlıq gətirib.
“İstintaqın verdiyi məlumata görə, Moskvada qanlı, dəhşətli terror aktını sifariş edənlərin əsas məqsədinin məhz bizim birliyimizi pozmaq olduğunu düşünməyə bütün əsaslarımız var. Qarşıda başqa məqsədlər yoxdur”, - Putin bildirib.
QAZİLER.AZ