Rumıniyanın baş naziri Moldova ilə birləşmə ideyasını dəstəklədi

Rumıniyanın baş naziri Moldova ilə birləşmə ideyasını  dəstəklədi backend

Rumıniyanın baş naziri Marçel Çolaku ölkənin Moldova ilə birləşməsi ideyasını dəstəkləyib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “DC News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu, Avropa İttifaqı daxilində və ya başqa şəkildə baş verəcək.

“Mən birləşmənin tərəfdarıyam, heç bir qadağam yoxdur. Bu mənim haqqımdır! Mən hələ də Moldova və Rumıniyanın birləşməsinə inanıram. Bu, AB daxilində baş verəcək, ya da biz başqa yol tapacağıq”, - Çolaku bildirib.

Siyasətçi qeyd edib ki, Rumıniyanın köməyi sayəsində Moldovada sabitlik hökm sürür. Orada rumınlar yaşayır. Çolaku hesab edir ki, tarix ədalətsiz idi, keçmişi dəyişdirmək mümkün deyil, amma biz birlikdə gələcəyi qura bilərik.

QAZİLER.AZ

Diaspora