Polşa prezidenti Anjey Duda Şimali Atlantika Alyansı (NATO) ölkələrinin ÜDM-in 3%-ni müdafiəyə xərcləməyi təklif edib.
Qaziler.az xəbər verir ki, dövlət başçısının sözlərini “TVP İnfo” kanalı sitat gətirib.
“Rusiya bu gün ÜDM-nin demək olar ki, üçdə birini müdafiəyə xərcləyir. O, iqtisadiyyatını müharibə rejiminə keçirib, böyük bir ordu qurur və əlbəttə ki, bütün dünya üçün böyük təhlükədir. Ona görə də mən şübhə etmirəm ki, alyans ölkələri buna cavab verməlidir”, – deyən Polşa Prezidenti vurğulayıb ki, müttəfiq ölkələr ÜDM-nin 3%-i müdafiə ehtiyaclarına xərcləməlidir.
Dudanın sözlərinə görə, alyans “bütövlükdə gücləndirilməlidir” və assosiasiyaya üzv olan ölkələr “təhlükəsizlik siyasəti yürütməli və güclü orduya malik olmalıdırlar”.
QAZİLER.AZ