Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Ali Şuranın iclasında aprelin ortalarında ABŞ-a səfər edəcəyini və burada ölkənin Rusiya ilə ticarət-iqtisadi əlaqələrini dayandıra bilməyəcəyini izah edəcəyini bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla məlumat yayıb.
“Aprelin 14 və 20-də Vaşinqtonda Kambar-Ata-1 Su Elektrik Stansiyasının böyük təqdimatı olacaq və orada mən Rusiya Federasiyası ilə ticarət-iqtisadi əlaqələrimizi tamamilə dayandıra bilməyəcəyimizi izah etməyə çalışacağam”, - hökumət başçısı bildirib.
Japarov əlavə edib ki, Rusiya Qırğızıstanın strateji tərəfdaşıdır.
QAZİLER.AZ