Amerikanın İT nəhəngi “Google” süni intellekt texnologiyasından istifadə edərək internet axtarış xidmətləri üçün ödənişlərin tətbiqi imkanlarını araşdırır.
Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Süni intellektlə axtarış, “Google”un özəl chatbotu olan “Gemini”dən sorğuların və nəticələrin emalına aiddir. Məsələn, “Gemini”nin premium xidmətləri “Gmail” və “Google Docs” kimi digər “Google” onlayn məhsullarında artıq mövcuddur.
“Google” artıq “Gemini”nin axtarışa inteqrasiyası üzərində çalışsa da, şirkət rəhbərliyinin hələlik onların ödənişli işə salınması ilə bağlı yekun qərar vermədiyi bildirilir. “Google” ödənişli funksiyaları təqdim etmək qərarına gəlsə, şirkət onları buraxmaq üçün uyğun anı seçəcək. Bundan sonra klassik veb axtarış pulsuz olmağa davam edəcək.
QAZİLER.AZ