Polşanın keçmiş milli müdafiə naziri Mariuş Blaşçak Rusiyadan təcavüz olacağı təqdirdə Polşa ordusunun məxfi fəaliyyət planını açıqlamasına görə məsuliyyətə cəlb oluna bilər.
Qaziler.az bildirir ki, bu barədə “Dziennik Gazety Prawnej” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Hərbi Əks-Kəşfiyyat Xidməti Blaşçakdan 2011-ci il tarixli “Polşa Respublikası Silahlı Qüvvələrinin istifadəsi planı Warta-00101” adlı sənədi məxfilikdən çıxarmaqda şübhələnir. Keçmiş nazirə qarşı ittihamların irəli sürülməsinə dair qərar yaxın həftələrdə, ekspertlər müdafiə departamentinin son illərdəki işinin auditini başa vurduqdan sonra verilə bilər.
Materialda qeyd olunan sənədin sirrinin nə vaxt götürüldüyü göstərilmir.
QAZİLER.AZ