Rusiya təyyarəsi Suriyada kəndi bombardman etdi: 10 ÖLÜ

Rusiya təyyarəsi Suriyada kəndi bombardman etdi: 10 ÖLÜ backend

Rusiyaya məxsus hərbi təyyarənin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 10 dinc sakin ölüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident İdlib vilayətinin Kafr Karmin kəndində qeydə alınıb.

Ölənlərdən üçünün uşaq olduğu bildirilir. Hava zərbəsi zamanı xeyli sayda insan yaralanıb. Kəndə ciddi ziyan dəyib, evlər dağılıb, sakinlərə məxsus iri və xırda buynuzlu heyvan tələf olub.

Diaspora