Rusiyada qan donorluğu xeyriyyəçilik fəaliyyətinə bərabər tutulmalı və bununla da donorlara xüsusi status verilməlidir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Tatyana Frolova deyib. Deputat qeyd edib ki, təklif olunan qanun layihəsi mümkün qədər tez qəbul edilməlidir.
“Müasir reallıqlar yeni qanunvericilik təşəbbüslərinin qəbulunu diktə edir. Hesab edirəm ki, qan donorluğunun xeyriyyəçilik fəaliyyəti kimi tanınması üçün təklif olunan qanun layihəsi prioritet olmalıdır və parlament tərəfindən mümkün qədər tez qəbul edilməlidir”, - Frolova izah edib.
Onun sözlərinə görə, müvafiq təşəbbüs gəncləri donorluğa cəlb etməyə kömək edəcək.
QAZİLER.AZ