69 yaşlı kişi oyuncaq avtomatla silahlanıb Putinlə görüşmək istədi

69 yaşlı kişi oyuncaq avtomatla silahlanıb Putinlə görüşmək istədi backend

Moskvada təqaüdçü oyuncaq avtomatla silahlanıb Rusiya prezidenti Vladimir Putinin administrasiyasının binasına girməyə cəhd edib.

Qaziler.az xəbər verir ki, bu haqda SHOT teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 69 yaşlı kişi saxlanılıb. O, polisə izahatında 15 ildir ki, Rusiya lideri ilə görüş əldə etməyə çalışdığını deyib.

Hadisə aprelin 3-də baş verib. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İlyinke küçəsindəki binanın yanında şübhəli adamı görüblər. Əlində avtomata oxşayan bir əşya olub.FTX əməkdaşları hər iki tərəfdən qapıları bağlayaraq polis çağırıblar və tezliklə şübhəli saxlanılıb.

“Baza”nın məlumatına görə, onun Ukrayna SSR-dən olan 69 yaşlı Viktor Krasivski olduğu üzə çıxıb və o, 15 ildir prezidentlə görüşməyə çalışdığını, lakin ona rədd cavabı verildiyini bildirib.

QAZİLER.AZ

Diaspora