Ukraynaya gizli qoşun yeritməyə hazırlaşan ölkələr AÇIQLANIB

Ukraynaya gizli qoşun yeritməyə hazırlaşan ölkələr AÇIQLANIB backend

İngiltərə, Fransa və Şimali Avropa ölkələri gizli şəkildə Ukraynaya qoşun göndərməyə hazırlaşır.

Qaziler.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin siyasi məsləhətçisi və hərbi ekspert Edvard Luttvak “UnHerd”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, NATO üzvləri döyüş bölgəsinə əsgər göndərmək məcburiyyətində qalacaqlar.

“NATO ölkələri tezliklə Ukraynaya əsgər göndərməli olacaqlar, əks halda fəlakətli məğlubiyyətlə üzləşəcəklər. Britaniya və Fransa, Şimali Avropa ölkələri ilə birlikdə artıq gizli şəkildə qoşun göndərməyə hazırlaşırlar - həm kiçik elit birliklər, həm də logistika və dəstək personalı, hansı ki, onlar cəbhə xəttindən uzaqda qala bilər”, - . Luttvak bildirib.

Ekspert vurğulayıb ki, Qərb qoşunları Ukrayna hərbçilərinə yenidən təlim keçmək imkanı verməklə “vacib rol oynaya” bilər. Luttvakın sözlərinə görə, NATO bölmələri hazırda zədələnmiş texnikanın bərpası ilə məşğul olan ukraynalıları əvəz edə bilər. Bundan əlavə, əcnəbi döyüşçülər yeni çağırışçılara təlim keçməyə qadirdir.

QAZİLER.AZ

Diaspora