Ukrayna Latviyadan 1 milyon avroluq dron alacaq

Ukrayna Latviyadan 1 milyon avroluq dron alacaq backend

Latviya yaxın vaxtlarda Ukraynaya dronların ilk partiyasını göndərmək niyyətindədir.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Respublikanın baş naziri Evika Silinya bildirib. Baltikyanı ölkə artıq cihazların istehsalı üzərində işləyir.

“Tezliklə Ukraynaya 1 milyon avro dəyərində ilk dronları göndərməyi planlaşdırırıq. Pilotsuz təyyarələr sınaqdan keçirilib, ukraynalı həmkarlarımız onların döyüşdə yaxşı olduğunu etiraf ediblər”, - Silinya Ukraynanın baş naziri Denis Şmıqalla keçirdiyi mətbuat konfransında qeyd edib.

QAZİLER.AZ

Diaspora