Peskov Rusiya-NATO münasibətlərini xarakterizə etdi

Peskov Rusiya-NATO münasibətlərini xarakterizə etdi backend

Rusiya ilə NATO arasında münasibətlər birbaşa qarşıdurma səviyyəsinə düşüb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov alyansın 75 illiyini şərh edərkən deyib.

Onun sözlərinə görə, blok öz mahiyyətini nümayiş etdirməkdə davam edir, çünki o, Avropa qitəsində qarşıdurma aləti kimi düşünülüb.

“Əslində, bu münasibətlər indi birbaşa qarşıdurma səviyyəsinə düşüb. Doğrudan da, NATO ölkələri və alyansın özü artıq Ukrayna ətrafında münaqişəyə cəlb olunub. NATO sərhədlərimizə doğru hərəkətini, hərbi infrastrukturunun sərhədlərimizə doğru genişləndirilməsini davam etdirir”, - Peskov bildirib.

QAZİLER.AZ

Diaspora